Sifarişlərin hər biri bütün metrostansiyalara ödənişsiz çatdırılır. (Metroların fəaliyyətsiz olduğu müddətdə isə yalnız qeyd edilmiş metrostansiyalara çatdırılma ödənişsiz həyata keçirilir: İmadəddin Nəsimi, Memar Əcəmi, 20 Yanvar, İnşaatçılar, Elmlər Akademiyası, Nizami Gəncəvi, 28 May və Nəriman Nərimanov)
Bakı şəhərindən daxil olmuş sifarişlərin çatdırıması 24 saat ərzində həyata keçirilir. Əgər sifarişiniz 14:00-a kimi edilibsə, məhsulunuz cari gün üçün çatdırılır. 14:00-dan sonra verilmiş sifarişlər isə növbəti gün ərzində çatdırılır.
Bölgələrdən daxil olmuş sifarişlər isə maksimum 3 gün içində çatdırılır.
Bakı şəhər daxili 50 AZN-dək sifarişlərin ünvana çatdırılması 4 AZN təşkil edir. 50 AZN üzəri olan sifarişlər isə ünvana
ödənişsiz çatdırılır.
Bölgələrdən və ölkə xaricindən daxil olmuş sifarişlər “Azərpoçt” vasitəsi ilə göndərilir. Ölkə daxili və xarici sifarişlərin rüsumları:
- Bölgələrdən daxil olmuş sifarişlərin məbləğindən və çəkisindən asılı olmayaraq poçt rüsumu 4 AZN təşkil edir.
- Ölkə xaricindən daxil olmuş sifarişlər zamanı məbləğindən və çəkisindən asılı olmayaraq poçt rüsumu 8 AZN təşkil edir.
Qeyd: Bölgələrdən və ölkə xaricindən daxil olmuş sifarişlərdən çatdırılma zamanı poçt rüsumundan əlavə hər hansı bir tutulma mövcud deyil.