“Hankuk.az” sizə istənilən məhsulu “BirKart” ilə 6 aylıq taksitlə İLKİN ÖDƏNİŞSİZ, FAİZSİZ və KOMİSSİYASIZ əldə etmək imkanı verir. Bunun üçün məhsul sifariş verdiyiniz zaman ödəniş seçimlərindən “BirKart ilə ödə” düyməsinə klikləməlisiniz.

“Hankuk.az” sizə istənilən məhsulu “Tamkart” ilə 6 aylıq taksitlə İLKİN ÖDƏNİŞSİZ, FAİZSİZ və KOMİSSİYASIZ əldə etmək imkanı verir. Bunun üçün məhsulu sifariş verdiyiniz zaman ödəniş seçimlərindən “Tamkart ilə ödə” düyməsinə klikləməlisiniz.

Bakı şəhərindən daxil olmuş sifarişlərin çatdırılması 24 saat ərzində həyata keçirilir. Bölgələrdən daxil olmuş sifarişlər isə maksimum 3 iş günü ərzində həyata keçirilir. Çatdırılma siyasəti bölməmizə daxil olmaqla ətraflı məlumat əldə edə bilərsiniz.

Ölkə daxilinə və ölkə xaricinə “Azərpoçt” vasitəsi ilə çatdırılma mövcuddur. Çatdırılma siyasəti bölməmizə daxil olmaqla ətraflı məlumat əldə edə bilərsiniz.

Bakı şəhər daxilində bütün metrostansiyalara çatdırılma ödənişsizdir. (Metroların fəaliyyətsiz olduğu müddətdə isə yalnız qeyd edilmiş metrostansiyalara çatdırılma ödənişsiz həyata keçirilir: İmadəddin Nəsimi, Memar Əcəmi, 20 Yanvar, İnşaatçılar, Elmlər Akademiyası, Nizami Gəncəvi, 28 May, Gənclik və Nəriman Nərimanov)

Bakı şəhər daxili 50 AZN-dək sifarişlərin ünvana çatdırılması 4 AZN təşkil edir. 50 AZN üzəri olan sifarişlər isə ünvana ödənişsiz çatdırılır.

Bölgələrdən daxil olmuş sifarişlərin çatdırılması “Azərpoçt” vasitəsi ilə həyata keçirilir. Məbləğindən asılı olmayaraq “Azərpoçt” vasitəsi ilə göndərilən məhsulların poçt rüsumu 4 AZN təşkil edir.

Qeyd: Bölgələrə çatdırılma zamanı poçt rüsumundan əlavə hər hansı bir ödəniş tələb edilmir.

“Hankuk Cosmetics” online olaraq fəaliyyət göstərməkdədir. Sifarişlərinizi hankuk.az saytı üzərindən və ya “Hankuk Cosmetics”-ə məxsus rəsmi sosial media hesablarına daxil olmaqla (Instagram, Facebook, Tiktok) reallaşdıra bilərsiniz.

Məhsul aşağıdakı hallarda geri qaytarıla bilər:

1. Çatdırılma zamanı sifariş edilən məhsulla çatdırılan məhsul fərqli olduğu zaman;

2. Məhsul daxildən və xaricdən zədə aldığı zaman;

3. Məhsulun orijinal olmaması təsbit edildiyi zaman.

Digər hallarda:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirməli olmayan malların siyahısı:

1. Qızıl və qızıl məmulatları;

2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar;

3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr);

4. Parfümer-kosmetika malları;

5. Kişi, qadın və uşaq çimərlik paltarları;

6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;

7. Məişət-kimyası malları;

8. Şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.);

9. Uşaq oyuncaqları;

10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları;

11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar;

12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müdəti ərzində) ərzaq malları.

hankuk.az saytından online sifariş zamanı siz ödənişi çatdırılma zamanı nağd və ya ödəniş kartı vasitəsi ilə terminalla həyata keçirə bilərsiniz. Terminalla ödəniş zamanı istənilən bankın debet və kredit kartları keçərlidir.

Əlavə olaraq saytdan online sifariş zamanı aşağıda qeyd edilmiş ödəniş seçimlərindən istifadə edə bilərsiniz:

1. Qapıda nağd ödəniş

2. Saytda online ödəniş

3. BirKart ilə ödəniş

4. Tamkart ilə ödəniş