Məhsul aşağıdakı hallarda geri qaytarıla bilər:

1. Çatdırılma zamanı sifariş edilən məhsulla çatdırılan məhsul fərqli olduğu zaman;

2. Məhsul daxildən və xaricdən zədə aldığı zaman;

3. Məhsulun orijinal olmaması təsbit edildiyi zaman;

4. Məhsulun, istehsalçı şirkət tərəfindən təyin edilmiş istifadə tarixinin bitdiyi zaman.

Digər hallarda:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirməli olmayan malların siyahısı:

1. Qızıl və qızıl məmulatları;

2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar;

3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr);

4. Parfümer-kosmetika malları;

5. Kişi, qadın və uşaq çimərlik paltarları;

6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;

7. Məişət-kimyası malları;

8. Şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.);

9. Uşaq oyuncaqları;

10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt
paltarları;

11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar;

12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müdəti ərzində) ərzaq malları.