Subtotal: 163 ₼

Üz baxım rutininin ilk addımında dəri təmizliyi yer alır. Üz bölgəsi gün boyu bir çox təsirlərə məruz qalır və məsamə səviyyəsində kirlənmə meydana gəlir. Güzgüyə baxdığımız zaman dərinin kirləndiyini başa düşmək asan deyil. Ama pambığa tətbiq etdiyiniz təmizləyicini üzünüzdə gəzdirdikdən sonra pambıqda yığılan kirləri görməklə siz dərinizin kirli olduğunu başa düşəcəksiniz. Məsamə və qara nöqtələr səviyyəsində meydana gələn kirlənmənin dəri üzərində bir çox təsirləri mövcuddur. Qara nöqtə, səpki və akne yaranması dərinin təmizlənməməsi ilə birbaşa əlaqəlidir. Eyni zamanda təmiz olmayan dəriyə tətbiq olunan digər baxım məhsulları da kifayət qədər təsir göstərməz. Bu səbəbdən üz təmizliyini mütəmadi olaraq etməyimiz və dəri tipinə uyğun məhsul seçməyimiz çox önəmlidir.
Dəri baxım rutininizin əksiksiz olması baxımından dərinizə və ehtiyaclarınıza uyğun bir üz təmizləmə məhsulu istifadə etməyiniz olduqca önəmlidir. Üz təmizləmə geli formulları dərinizi qurutmadan təmizləməyə kömək olan məhsullardır. Üz təmizləmə üçün təklif olunan losyon, gel ya da süd əsaslı təmizləyicilər ola bilər. Üz təmizləmə məhsulu olaraq gel seçimi etdiyiniz zaman dəri tiöinə, dəri ehtiyaclarına v istifadə alışqanlıqlarına görə seçilir. Üz təmizləmə geli istifadə edərkən məhsulun istifadə qaydasına diqqət yetirməyimiz olduqca önəmlidir.Gel formullarının bəziləri əldə köpükləndirilərək istifadə edilir. Üz təmizləmə köpüyü olaraq da adlandırılan bu tərkiblərin doğru tətbiq edilməsi adına barmaq üclarınız ilə üzünüzün yuyulmasına ehtiyac var. Üz təmizləmə gellərinin istifadəsinin effektli olması üçün səhər və axşam baxım rutinininə mütləq şəkildə əlavə edilməlidir. Gel ilə üz təmizləndikdən sonra baxım kremləri tətbiqdən öncə tonik ilə həm gel təmizləyicidən qalanlar, həm də üzdə qalma ehtimalı olan kirlərin tamamilə aradan qaldırılmasına dəstək olur. Tonik tətbiqi eyni zamanda baxım kremlərinin təsirlərinin artmasına da köməklik göstərir.
Üz təmizləmə geli seçilərkən dəri ehtiyaclarınızı daima nəzərə alın. Quru dərilər üçün nəmləndirici təsiri olan üz yuma gellərini seçməlisiniz. Yağlı və qarışıq dəri tiplərində isə aknelərə qarşı və qara nöqtələr əleyhinə olan məhsular ön plana çıxar. Üz təmizləmə geli seçimlərində xüsusi bir dəri problemimiz yoxdursa bu zaman dərinizi canlandıracaq, fərahladacaq, bəsləyəcək ya da onaağardıcı təsir verəcək məhsullara üstünlük verə bilərsiniz.
Üz baxım rutinindən yüksək fayda əldə etməyin ən təsirli yolu dərinizə uyğun olan məhsullar seçməkdir. Yağlı dərilər üçün üz təmizləmə geli seçərkən məhsulun dəridəki sebum balansını tarazılayacaq məhsullar seçməlisiniz. Yağlı və qarışıq dərilər üçün üz təmizləmə geli seçərkən isə pilinq təsiri olan və məsamələri yığa biləcək məhsulları istifadə edə bilərsiniz. Quru dərilər üçün üz yuma geli seçimi edərkən məhsulun nəmləndirici təsirinin olması tövsiyyə edilir. Quru dərilər üçün üz yuma geli seçərkən yağ bazlı olması, dəridəki nəmi tutmağa yarayan hialuron turşusu tərkibli olması ya da alkol olmayan məhsulların seçilməsi olduqca önəmlidir. Dəri tipinizə uyğun bir üz təmizləmə geli seçdikdən sonra məhsulun tam təsirini ala bilmək üçün sonrasında istifadə edəcəyiniz baxım məhsullarını da eyni qayda ilə seçməlisiniz. Fərqli dəri problemləriniz varsa həftəlik baxım rutinində üz maskası və üz serumu məhsullarını da istifadə edə bilərsiniz.
Üzünüzün ehtiyaclarına uyğun üz təmizləmə geli çeşidləri üçün Hankuk’un geniş bir məhsul kateqoriyasına baxmağınız kifayət edir. Dünyaca məhşur Koreya markalarının özünü təstiqləmiş məhsulları arasında dərinizə ən uyğun olanları seçərək əksiksiz və təsirli bir baxım rutininə sahib ola bilərsiniz.