Göz maskası, gözətrafı serumu, gözətrafı nəmləndirici kremləri və qaş və kiprik baxım məhsullarının istifadəsi ilə gözətrafı bölgədə daha parlaq və daha canlı bir görüntü əldə edəcəksiniz. Problemsiz və parlaq görüntü, doğru cild baxımı ilə başlayır. Sağlam bir cild üçün üz və göz baxımı ehmal edilməməlidir. Kənar faktorların təsiri nəticəsində, yaşlanma ilə bağlı problemlər, yuxusuzluq, stres və yorğun iş tempi kimi səbəblər cild üzərində fərqli deformasiyaların yaranmasına səbəb olur. Göz baxımı niyə lazımır? Göz ətrafı baxım necə edilir və göz baxımı məhsulları nələrdir? Gözətrafı bölgənizin ehtiyacı olan yüzlərcə məhsula bir kliklə Hankuk Cosmetics üzərindən sahib ola bilərsiniz.
Göz ətrafı, cildin ən həssas olduğu və cild dərisinin də ən incə olduğu bölgədir. Bu hissə, cildinizin digər bölgələrindən daha həssas olduğu üçün xüsusi qulluq tələb edir. Gözətrafı bölgə vücudunuzda ən çox nəmə ehtiyacı olan bölgələrdən biri hesab edilir. Quruluq göz ətrafında qırışıqlıqlara səbəb olur. Yalnış məhsulun istifadəsi və tətbiq edilmiş makiajın uzun bir müddət gözətrafında qalması gözətrafında qırışıqlıqların təsirini artırır. Həmçinin genetik olaraq bəzi insanlarda gözətrafı bölgə qırışlanmaya meyilli olur və ya gözətrafı qaralıqlardan əziyyət çəkir. Bu problemləri aradan qaldırmaq üçün gözətrafı bölgəyə doğru şəkildə baxım edilməlidir. Bəs gözətrafı baxım necə edilir?
Gözətrafı baxımın ilk qaydası onu təmiz saxlamaqdır. Bir çox dermatoloq, gözətrafı makiyaj qalıntısının yatmazdan öncə mütləq təmizlənməsini məsləhət görür. Gözətrafı bölgə, bu hissə üçün xüsusi hazırlanmış göz makiyaj təmizləmə vaistələtiylə təmizlənməlidir. Göz makiyajı təmizlənmə məhsulları, göz çevrəsindəki dərinin həssaslığına uyğun olaraq hazırlanmışdır.Gözətrafı bölgənin makiyajdan təmizlənməsi ilə yanaşı güclü nəmləndirilməsinə də ehtiyac var. Bu səbəbdən gözətrafı bölgəyə xüsusi hazırlanmış nəmləndirici məhsullara ehtiyac olur. Həftəd bir dəfə (çox quru dərilər 2 dəfə) gözətrafı maska tətbiq etməniz zəruridir. Gözətrafı serumları da bölgənin canlanmasına, nəmlənməsinə, elastiklik qazanmasına kömək edər.
Yaşlanma ilə əlaqədar olaraq gözətrafı bölgə öz elastikliyini itirməyə başlayır. Bunun əsas səbəbi isə gözətrafı bölgənin kollagen istehsalının getcikcə zəyifləməsidir. Gözətrafı bölgəyə kollagen tərkibli məhsulların istifadəsi nəticəsində itirdiyiniz elastikliyi bərpa edəcək və qırışlanma probleminin qarşısını alacaqsınız.
Gözətrafı üçün göz makiajı təmizləmə məhsulları, göz kremi, gözətrafı üçün gecə kremləri, göz maskası, gözətrafı serum kimi məhsullar istifadə edə bilərsiniz. Doğru məhsulları seçərək uzun bir müddət istifadə edə bilər və gözətrafı bölgənizi bəzi problemlərdən qoruya bilərsiniz. Əlavə olaraq qaş və kiprik baxım məhsullarının istifadəsi nəticəsində qaş və kipriyin tökülməsinin qarşısını ala və onları daha da möhkəmləndirə bilərsiniz.