Üz yuma köpüyü kömür tərkibli 3W Clinic Cleansing Foam 5 Types 100ml #Charcoal
Üz yuma köpüyü kömür tərkibli 3W Clinic Cleansing Foam 5 Types 100ml #Charcoal
Saytda BirKart ilə 2-6 ay arası taksitli ödəniş
Saytda Tamkart ilə 2-6 ay arası taksitli ödəniş
50 üzəri ünvana pulsuz çatdırılma
Azərpoçt ilə bütün bölgələrə çatdırılma
Çatdırılma zamanı qapıda nağd ödəniş
Saytda bank kartı ilə online ödəniş
Bütün məhsulların orijinallığına 100% zəmanət
Saytda BirKart ilə 2-6 ay arası taksitli ödəniş
Saytda Tamkart ilə 2-6 ay arası taksitli ödəniş
50 üzəri ünvana pulsuz çatdırılma
Azərpoçt ilə bütün bölgələrə çatdırılma
Çatdırılma zamanı qapıda nağd ödəniş
Saytda bank kartı ilə online ödəniş
Bütün məhsulların orijinallığına 100% zəmanət
Özəllikləri
Dərinin alt hissəsindəki yağ bezləri dərini qorumaq üçün sebum adlı xüsusi bir maddə ifraz edir.Sebum dərinin sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir, lakin bəzən hormonal dəyişikliklərlə qarşılaşdıqda, həddindən artıq sebum istehsal edə bilərik. Tamamilə təbii və normal olsa da, üzümüzü çoxumuzun istədiyindən bir az daha parlaq göstərə bilər. Kömürlə dəriyə qulluq elə buradan gəlir.
Aktivləşdirilmiş kömür çirkləri, toksinləri özünə cəlb edən təbii maqnit rolunu oynayır.Kömür əsaslı məhsullar hətta dərin çirkləri də məsamələrdən yaxşı təmizləyir, həmçinin dərinin yağlılığını azaldır və dəriyə mat görünüş bəxş edir. Bu, onları sızanaq, və digər dəri qüsurlarının qarşısının alınması kimi istifadə etməyə imkan verir.
3W Clinic markasının uğurlu və sevilən bu məhsulu bütün çirkləri, artıq sebumu tez bir zamanda təmizləyən, məsamələri açan və ümumi dərinin vəziyyətini yaxşılaşdıran təmizləyici köpükdür.
Köpük məsamələrə dərindən nüfuz edərək, kir, toksinləri yumşaq bir şəkildə,dərini səthinə zərər vermədən təmizləyir. Hüceyrə toxunulmazlığını gücləndirməyə, iltihabı aradan qaldırmağa, qıcıqlanmaları sakitləşdirməyə kömək edir.
Məhsul yaxşı köpüklənir, dəri üzərində asanlıqla yayılır, makiyajı, çirkləri və məsamələri dərindən təmizləyir, ölü toxumaları aşındırır və dərini yaxşılaşdırır. Ən əsası isə yuyulduqdan sonra dartılma hissi buraxmır, soyulmaya səbəb olmur və dərinizin rahat nəfəs almasına kömək edir.
Gündəlik istifadə olunan köpük dərini yumşaldır və nəmləndirir, vitaminlər, minerallar, təbii enerji və canlılıqla doyurur.Şişkinliyi aradan qaldırır, patogen bakteriyaların fəaliyyətini maneə törədir, üzün tonunu bərabərləşdirir və rəngini yaxşılaşdırır.
Tərkibi
Bambuk kömürü- Bu komponent yüksək gözenekliliyə malikdir, buna görə də çox miqdarda kir və zərərli maddələri udur. Məsamələrdən zəhərli maddələri təmizləyir, bakteriya və göbələkləri məhv edir, artıq yağlılığı aradan qaldırır və dərini sağaldır.
Yağ turşusu kompleksi-Köpükdə laurik, miristik və stearik yağ turşuları var ki, bu yağlar yalnız dərini effektiv şəkildə təmizləmir, həm də iltihab əleyhinə təsir göstərir. Yağ turşuları patogen təzahürləri aradan qaldırmağa kömək edir, epidermisin lipid təbəqəsini bərpa edir və nəmin buxarlanmasını yavaşlatır.
Bitki ekstraktları-Bitki mənşəli komponentlər dərini təravətləndirir və tonlayır, mikrobların fəaliyyətini maneə törədir, iltihab və qıcıqlanma ilə mübarizə aparır. Onlar həmçinin metabolik prosesləri stimullaşdırır, mikrosirkulyasiyanı yaxşılaşdırır.
İstifadə qaydası
Məhsulu əlinizə az miqdarda sıxın, su əlavə edin və köpük halına gətirin. Xüsusi üztəmizləmə süngərindən istifadə edə bilərsiniz. Yaranan köpüyü masaj hərəkətləri ilə nəm üzə yayın. Daha sonra su ilə yuyun. Məhsul səhər və axşam gündəlik istifadə üçün uyğundur. Yuyunduqdan sonra tonikdən istifadə edin.
Yağlı və qarışıq dəri növləri olanlar üçün istifadəsi nəzərdə tutulmuşdur.
Xüsusiyyətlər
| Brend | Frudia |
|---|---|
| İstehsalçı ölkə | Cənubi Koreya |
| Məhsulun növü | Üz yuma köpüyü |
| Üz yuma vasitəsinin növü | Nəmləndirici, Yumşaldıcı |
| Dəri tipi | Qarışıq, Yağlı |
| Dəri problemi | Məsamə, Qara nöqtələr, Sebum |
| Yaş həddi | 20+ |
| Günəşdən qoruma faktoru (SPF) | Yox |
| Tekstura | Kremvari |
| Tərkib | Bambuk kömürü, Bitki ekstraktları |
| Tətbiq olunma zamanı | Gündəlik |
| Həcmi (ml) | 100ml |


















