media-2500x170-(Məhulun-iç-görüntüsü-destkop)

Gözətrafı krem at yağı tərkibli 3W Clinic Horse Oil Eye Cream 40ml

Gözətrafı krem at yağı tərkibli 3W Clinic Horse Oil Eye Cream 40ml

Anbarda bitib
17
tamkart6 ay 2.83
birkart6 ay 2.83
Taksit kalkulyatoru
Aylıq ödəniş0
  • icon

    Saytda BirKart ilə 2-6 ay arası taksitli ödəniş

  • icon

    Saytda Tamkart ilə 2-6 ay arası taksitli ödəniş

  • icon

    50 üzəri ünvana pulsuz çatdırılma

  • icon

    Azərpoçt ilə bütün bölgələrə çatdırılma

  • icon

    Çatdırılma zamanı qapıda nağd ödəniş

  • icon

    Saytda bank kartı ilə online ödəniş

  • icon

    Bütün məhsulların orijinallığına 100% zəmanət

  • icon

    Saytda BirKart ilə 2-6 ay arası taksitli ödəniş

  • icon

    Saytda Tamkart ilə 2-6 ay arası taksitli ödəniş

  • icon

    50 üzəri ünvana pulsuz çatdırılma

  • icon

    Azərpoçt ilə bütün bölgələrə çatdırılma

  • icon

    Çatdırılma zamanı qapıda nağd ödəniş

  • icon

    Saytda bank kartı ilə online ödəniş

  • icon

    Bütün məhsulların orijinallığına 100% zəmanət

Özəllikləri

Koreyanın 3W Clinic brendinin mütəxəssisləri tərəfindən yaradılmış bu unikal tərkibli göz kremi sizi mükəmməl nəticəsi ilə heyrətləndirəcək. Tərkibində olan  bitki  mənşəli bir çox faydalı komponent göz qapaqlarının zərif dərisinə mükəmməl qulluq edir.

Dərini intensiv şəkildə nəmləndirir, şişkinliyi aradan qaldırır, gözaltı  qara dairələrin rənginin açılmasına kömək edir, qırışları hamarlayır.

Krem toxumaların bərpasını stimullaşdırır, hidrobalansı normallaşdırır, yağ vəzilərini tənzimləyir, qan dövranını yaxşılaşdırır və immunitet sistemini stimullaşdırır.Saymagla bitməyən funksiyasına əlavə olaraq kollagen və elastinin sintezini stimullaşdırır,  qırışların dərinliyini azaldır, dərinin hamarlığını, möhkəmliyini və elastikliyini bərpa edir.

At yağı sayəsində gözətrafı dəriniz daha gənc və hamar görünəcək. Çünki at yağı lifting  təsirə malikdir. Bundan əlavə, dərini xarici amillərdən qoruyur, yaşlanma prosesini ləngidir.

Tərkibi

At yağı-Bu maddə bərpaedici, müalicəvi və cavanlaşdırıcı xüsusiyyətlərə malikdir. Dərini qiymətli amin turşuları ilə doyurur, qırışların dərinliyini azaldır, quruluğu və qabıqlanmanı aradan qaldırır.

Pantenol- Pantenol toxumaların bərpasını stimullaşdırır,  mikro çatların və digər zədələrin sağalmasını sürətləndirir.

Hialuron turşusu – Bu turşu dəridə optimal hidrobalans yaratmağa kömək edir, dərini intensiv nəmləndirir, kollagen və elastinin sintezini sürətləndirir,  dərini vaxtından əvvəl qocalmadan qoruyur. Hialuron turşusu dərinin səthində görünməz nazik bir təbəqə yaradır ki, bu da dərinin həddindən artıq qurumasının qarşısını alır.

Limon turşusu-Limon turşusu, dərini təmizləyir, parlaqlaşdırır, təravətləndirir və tonlayır. Ölü dəri hüceyrələrini aşındırır, piqmentasiyadan, göz altındakı qaralıqdan, qızartıdan və digər qüsurlardan qurtulmağa kömək edir.

Kastor yağı-Yağ dərini qidalandırır, yumşaldır və bərpa edir, mikroblarla mübarizə aparır, maddələr mübadiləsini yaxşılaşdırır, iltihabı aradan qaldırır və qıcıqlanmanı sakitləşdirir.

İstifadə qaydası

Kremi bir az sıxıb göz ətrafındakı dəriyə çəkin. Yüngül ovuşdurma hərəkətləri ilə bərabər şəkildə yayın və məhsulun dəriyə yaxşı udulmasına icazə verin. Səhər və axşam  istifadə etməyiniz tövsiyyə olunur.

Xüsusiyyətlər

Brend

3W Clinic

İstehsalçı ölkə

Cənubi Koreya

Məhsulun növü

Gözətrafı krem

Kremin növü

Ağardıcı, Nəmləndirici, Qırışlar əleyhinə

Dəri problemi

Qara halqalar, Qırışlanma, Quruluq, Şişkinlik

Yaş həddi

20+

Günəşdən qoruma faktoru (SPF)

Yox

Tekstura

Kremvari

Tərkib

At yağı ekstraktı, Hialuron turşusu, Kastor yağı, Limon turşusu, Panthenol (Vitamin B5)

Tətbiq olunma zamanı

Gündəlik

Həcmi (ml)

40ml

Ən son baxılanlar

Ən son baxılan məhsul qeydə alınmayıb!