Subtotal: 43 ₼
Üz kremi qırışlar əleyhinə kollagen tərkibli Eyenlip Collagen Power Lifting Cream 15ml
7 9
Üz kremi qırışlar əleyhinə kollagen tərkibli Eyenlip Collagen Power Lifting Cream 15ml
Məhsul mövcuddur
7 9
Taksit kalkulyatoru
Aylıq ödəniş0


Saytda BirKart ilə 2-6 ay arası taksitli ödəniş
Saytda Tamkart ilə 2-6 ay arası taksitli ödəniş
50 üzəri ünvana pulsuz çatdırılma
Azərpoçt ilə bütün bölgələrə çatdırılma
Çatdırılma zamanı qapıda nağd ödəniş
Saytda bank kartı ilə online ödəniş
Bütün məhsulların orijinallığına 100% zəmanət
Saytda BirKart ilə 2-6 ay arası taksitli ödəniş
Saytda Tamkart ilə 2-6 ay arası taksitli ödəniş
50 üzəri ünvana pulsuz çatdırılma
Azərpoçt ilə bütün bölgələrə çatdırılma
Çatdırılma zamanı qapıda nağd ödəniş
Saytda bank kartı ilə online ödəniş
Bütün məhsulların orijinallığına 100% zəmanət
Özəllikləri
Eyenlip brendindən kollagen inqredienti ilə zəngin olan krem üz dərinizdə yaranmış qırışlara liftinq effekti göstərir. Kollagen tərkibi üz dərisinə aşağıdakı faydaları verir: Qidalanma, nəmlənmə, qırış hamarlama, elastiklik, toxumanın bərabərləşdirilməsi və piqment ləkələrin aradan qalxması. Kollagen tərkibli krem 25 yaş və üzəri üçün nəzərdə tutulmuşdur. Tətbiqi nəticəsində üz dərinizdə baş verəcək qocalma prosesini gecikdirir, ona möhkəmlik və parlaqlıq bəxş edir.
Kremdəki kollagen dərinin dərin qatlarına nüfuz edərək kollagen çatışmazlığını təmin edir, onun sintezini sürətləndirir, dəridə kollagen liflərinin saxlanmasına kömək edir və oların deformasiyaya uğramasının qarşısını alır. Kremin müntəzəm istifadəsi nəticəsində dərin qırışları nəzərəçarpacaq dərəcədə azaltmağa və kiçik qırışların isə aradan qaldırmağa köməklik göstərir.
Dəri tipi: Hər növ dəri tipləri üçün uyğundur.
Tərkibi
Hidrolizə edilmiş kollagen tərkibi – Dəridə yaranmış qırışlanmanı aradan qaldırır, onu nəmləndirir və elastiklik bəşx edir.
Qızılgül yağı – Antiseptik (mikrob öldürücü) təsir göstərir, həssas və quru dərini nəmləndirir, sakitləşdirir.
Makademiya toxumu yağı – Quruluğu aradan qaldırır və dərini yumşaldır.
Sodyum Hyaluronat – dəridə nəm faktorunu saxlayaraq dərini yumşaq və parlaq edir.
Əncir, armud və kivi ekstraktları dərini sakitləşdirməyə və dəri toxumasını səliqəli saxlamağa kömək edir.
İstifadə qaydası
1. Təmiz üz dərisinə bir miqdar krem tətbiq edərək yumşaq masaj hərəkətləri ilə dəriyə əmilməsini təmin edin.
2. Növbəti addımda əllərinizi bir-birinə sürtərək isidin və üz dərinizə təmas etdirin. Bu, kremin qısa bir zamanda dəriniz tərəfindən əmilməsinə köməklik göstərəcək.
Xüsusiyyətlər
Brend | Eyenlip |
---|---|
İstehsalçı ölkə | Cənubi Koreya |
Məhsulun növü | Üz kremi |
Kremin növü | Ağardıcı, Nəmləndirici, Qırışlar əleyhinə |
Dəri tipi | Bütün növ dərilər üçün |
Dəri problemi | Qıcıqlanma, Qırışlanma, Quruluq |
Yaş həddi | 25+ |
Günəşdən qoruma faktoru (SPF) | Yox |
Tekstura | Kremvari |
Tərkib | Əncir, armud və kivi ekstraktları, Kollagen, Makademiya toxumu yağı, Qızılgül yağı, Sodyum Hyaluronat |
Tətbiq olunma zamanı | Gündəlik |
Həcmi (ml) | 15ml |