Subtotal: 147 ₼

Ayaqlar bədənin bütün yükünü çəkən və baxıma ehtiyahiyacı olab orqandır. Bütün gün ayaqqabı içində qalan və yorulan ayaqlar; yaz ayları qədər qış aylarında da baxıma ehtiyacı olur. Ayağın sağlamlığı üçün düzgün ayaqqabı seçimi, topuqlara baxım etmək və yarana biləcək qoxuyu əngəlləmək üçün müxtəlif ayaq baxımı məhsulları ayaq sağlığını qorumağınız üçün önəmlidir.
Ayaqların və əsasən ə topuqların çatlaması xoş bir görüntü yaratmır. Ayaq baxımına ən praktik həll; evdəki imkanlarla tətbiq edilən həlldir. Duş qəbul etikdən sonra ayağı ponza daşı ilə təmizləmək və ayağa masaj etmək ayaq sağlığı üçün olduqca önəmlidir. Ayağa uyğun ayaqqabı seçimi, duş sonrası ayağı nəmli saxlamamaq, ayağınızın sağlamlığı üçün önəmlidir. Günün sonunda ayağınıza edəcəyiniz qısa bir masaj, ayağınızı rahatladacaqdır. Günümüzdə ayaq sağlığı və baxımı üçün istehsal edilən bir çox Koreya məhsulu mövcuddur.
Koreya ayaq maskaları ayaq dərinizin parlaqlığını təmin etməyə və ayağın yaşlanma müddətini yavaşlatmağa kömək göstərir. Ayaq baxımı məhsulları: ayaq üçün pilinqlər, ayaq maskaları, ayaq kremləri və s. nəzərdə tutulur.
Ayaq baxımı üçün olduqca böyük önəm daşıyan pilinq və maskalar, ayağınızda yaranmış ölü dəri və qabıqlanmanı aradan qaldırmaq üçün istifadə edilir. Ayaq pilinq & maskaları parça şəkilli olur. Gecə yatmazdan öncə ayaqlarınızı təmiz yuduqdan sonra ayaq pilinqini ayağınıza tətbiq edirsiniz. Parça maskanın tərkibində olan maye ayaq dərisi tərəfindən əmildikdən sonra maskanı çıxararaq atırsız. Və ayaqlarınızı yumadan rahat yuxuya gedə bilərsiniz. Bir neçə həftədən sonra ölü dərinin soyulmaq istədiyini hiss edəcəksiniz. Belə olduğu halda ayağı ponza daşı ilə sürtərək ölü dərilərin tam soyulması üçün dəstəkləyin. Artıq ayaqlarınız daha gənc və parlaq olacaq.
Koreya ayaq baxımı zamanı nəmləndirici ayaq kremlərinin rolu çoxdur. Ayaq kremləri, ayaq pilinq və maskalarınan fərqli olaraq hər gün istifadə edilə bilər. Bunu ayaq pilinq və maskalarınan dərhal sonra və ya adi günlərdə ayağı təmiz yuduqdan sonra tətbiq etməyinizdə fayda var.