Subtotal: 74 ₼

Üz baxımı yaşından və cinsiyyətindən asılı olmayaraq hər kəsin diqqət etməli olduğu baxım növüdür. Gözəlliyini və cavanlığını qorumaq istəyənlərin, hər daim baxımlı və canlı görünmək istəyənlərin ilk olaraq müraciət etdikləri baxım, üz baxımıdır. Ehtiyacınız olan bir çox markaya aid Koreya baxım məhsullarını Hankuk Cosmetics’dan əldə edə bilərsən.
Üz baxımı, xarici görünüşün ən çox hiss edilən nöqtələrdən biridir. Üz baxımına diqqət edən hərkəsin baxım mövzusunda hər zaman bir addım öndə olduğuu söyləsək yanılmarıq. Qadınlar üçün əvəzolunmaz olan üzə makiyajın tətbiqi, üz baxımı tətbiq edilmiş üz dərisi ilə edilməmiş üz dərisi arasında belə rahatlıqla ortaya fərq qoyur. Çünki mütəmadi olaraq üz baxımı edən şəxsin cildi hər zaman canlı və rəngli olduğu üçün, edilən makiaj da bir o qədər təravətli və parlaq görünür. Əlavə olaraq üz baxımı üzün qırışması, quruması kimi problemlərə də əngəl olduğu üçün illər keçdikcə belə yaşın insanlarda yaratdığı dəri problemlərini maksimum dərəcədə azaldır. Doğru üz baxımı üçün doğru olan məhsulların istifadəsi qaçınılmazdır.
Üz baxımında olaraq diqqət edilməli nöqtə, gecə və gündüz baxımını düzənli şəkildə etməkdir.
Gündüz makiyajınıza başlamadan öncə üz baxımınızla maraqlanmağınız və gecə makiyajınızı təmizlədikdən sonra üz baxımınızı tətbiq etməyiniz böyük önəm daşıyır. Üz baxımını yalnız üz dərisinə dəyil, eyni zamanda boyun və gün boyu baxıma ehtiyacı olan digər bölgələrinizə də tətbiq etməyiniz olduqca önəmlidir. Üz baxım məhsulları çeşidli növlərə malikdir. Bu səbəbdən onları doğru şəkildə istifadə etməyiniz gözəl nəticə əldə etməyinizə yardımçı olacaq. Hansı üz baxımı məhsulunu necə və hansı bölgəyə tətbiq ediləcəyini bilməyiniz, cildinizin görüntüsünü hər zaman canlı və parqlaq saxlamağınıza kömək edər. Buna misal olaraq gündüz kremləri üz dərinizi gün boyunca yaranmış dəri kirlənməsi, makiyaj zərərlərindən qoruyarkən, gecə kremləri isə onu nəm və yenilənmə özəllikləri ilə gecə boyunca dincəlməsinə və bərpasına şərait yaradır.
Üz baxımı məhsullarını istifadə edərkən, hansı məhsulu nə zaman tətbiq etməli olduğunuzu bilməyiniz çox önəmlidir. Dəri tipinizə uyğun olaraq aldığınız təmizləyici, serum, krem, toner və s. kimi məhsulları doğru sıra ilə istifadə etməyiniz nəticə əldə etməyiniz üçün zəruridir.
Üz baxımı rutininizə uyğun bütün məhsulları Hankuk Cosmetics’dan əldə edə bilərsiniz!