Subtotal: 225 ₼

Akne dərinin üzərində yer edən, qabarıq və iltihablana bilən bir sivilcədir. Görüntüsü səbəbi ilə şəxslərdə olduqca problemlərə yol açır. Aknelər adətən gənc nəsillərdə daha çox rastlanır. Bu səbəbdən də aknelər gəncləin psixologiyasına pis təsir edir. Anlamaq lazımdır ki, aknelər zərərsizdir. Aknelər sağlıq problemləri ilə yanaşı, sağlam olmayan bir yaşamın təsirlərindən də yarana bilər.
Nəticədə qidalanma pozğunluqları, yetərsiz yuxu, stres kimi faktorlar da aknelərə səbəb ola bilər. Əgər belə bir problemlə xroniki olaraq qaşılaşırsınızsa, mütləq yaşam şərtləriniz gözdən keçirilməlidir. Misal üçün yalnış dəri baxımı, baxımsızlıq, yalnış qidalanma (fast food, chips kimi hazır və zərərli qidalar) kimi addımlar anke yaranma səbəbinin önəmli faktorlarındandır.
Aknelərin müalicəsi doğru baxım məhsullarını seçməkdən başlayır. Hankuk Cosmetics sizə üz dəriniz üçün doğru məsul seçimində lazımlı dəstək verəcək. Akne əleyhinə olan tərkiblər qara ilbiz şirəsi, ilbiz şirəsi, centella bitkisi (başqa adla Cica) və s. kimi tərkiblər faydalı hesab edilir.
Akne müalicəsi əgər xroniki hal alarsa bu zaman dəri həkiminə getməyinizi tövsiyyə edirik.
Qara nöqtələr, ən az səpki və aknelər qədər tez-tez rast gəlinən dəri problemlərindəndir. Ümumilikdə burun üzərində və ətrafında olmaqla yanaşı, üzün hər yerində rast gəlinən problemlərdəndir. Ama müalicəsi aknelərdən daha qısa müddətdə olur.
Qara nöqtələr dəri altındakı yağın üzə çıxaraq, orada olan kirlərin birləşməsi nətiəsində ortaya çıxan bir dəri problemidir. Əgər vaxtında müalicə və ya baxım məhsulları ilə qarşısı alınmasa aknelərə çevrilə bilər. Əgər dərinizdə qara nöqtələr varsa müalicəni ertələmək əvəzinə problemin aradan qaldırılması üçün hərəkətə keçmək lazımdır. Hankuk Cosmetics üz dərinizdə yaranmış qara nöqtələrdə xilas olmağınız üçün sizə fərqli tərkibdə məhsullar tövsiyyə edir. Burun üzərində yaranmış qara nöqtələr əleyhinə burun bandlarından, burun ətrafında yaranmış qara nöqtələr üçün isə kömür və ya vulkanik tərkibli maskalar tövsiyyə edirik. Əlavə olaraq qara nöqtələrin yaranmaması üçün eyni tərkibli üz yuma vasitələrindən də istifadə edə bilərsiniz.
Dəri quruluğu və ya tibbi adıyla kserozis, cildin ən üst təbəqəsi olan epidermistə lazım olan miqdarda suyun (nəmin) olmamasından yaranan bir problemdir. Kişilərə və qadınlarə bərabər şəkildə təsir etməsiylə yanaşı yaşlı nəsillərdə görüləsi daha sıx bir haldır. Üz, gözətrafı, əllər, dirsəklər və dodaqlarda daha çox rast gəlinir.
Quru hava şəraitinə, isti suya və bəzi kimyasal maddələrə məruz qalmaq dərinizin qurumasına səbəb ola bilər. Dəri quruluğu eyni zamanda dərialtı problemlərdən də qaynaqlana bilər. Dəri quruluğunun yaranma səbəbləri aşağıdakılardır:
Hankuk Cosmetics sizə dəri quruluğu kimi problemlər üçün nəmləndirici kremlər, serumlar, tonerlər, maskalar və s. üz baxımı məhsullarını əldə etməyi tövsiyyə edir. Hankuk Cosmetics’dən əldə etdiyiniz Koreya baxım məhsulları sayəsində üz dərinizin qeydinə qalın.