Parça maska kartof tərkibli 3W Clinic Fresh Mask Sheet 23ml 12 Types #Potato
Parça maska kartof tərkibli 3W Clinic Fresh Mask Sheet 23ml 12 Types #Potato
Saytda BirKart ilə 2-6 ay arası taksitli ödəniş
Saytda Tamkart ilə 2-6 ay arası taksitli ödəniş
50 üzəri ünvana pulsuz çatdırılma
Azərpoçt ilə bütün bölgələrə çatdırılma
Çatdırılma zamanı qapıda nağd ödəniş
Saytda bank kartı ilə online ödəniş
Bütün məhsulların orijinallığına 100% zəmanət
Saytda BirKart ilə 2-6 ay arası taksitli ödəniş
Saytda Tamkart ilə 2-6 ay arası taksitli ödəniş
50 üzəri ünvana pulsuz çatdırılma
Azərpoçt ilə bütün bölgələrə çatdırılma
Çatdırılma zamanı qapıda nağd ödəniş
Saytda bank kartı ilə online ödəniş
Bütün məhsulların orijinallığına 100% zəmanət
Özəllikləri
Yumşaq, zərif, təbii pambıqdan hazırlanmış 3W Clinic markasının kartof ekstraktlı parça maskası dərini nəmləndirir, faydalı mikroelementlər və vitaminlərlə doyurur. Kiçik yaraları və dərinin zədələnməsini sağaldır, onun parlaqlığını və elastikliyini bərpa edir. Şişkinliyi aradan qaldırır.
Təbii ağardıcı kimi istifadə edilən kartof, tərkibində bol miqdarda A, C, K, E və B6 vitaminləri olan, fosfor, kalsium, kalium, maqnezium, mis, fol turşusu, vitamin və minerallarla çox zəngindir.Antibakterial və iltihabəleyhinə xüsusiyyətlərə malik olan kartof dəridəki sızanaqları da təbii yolla müalicə edir. Dərinizin daha canlı, daha parlaq görünməsi, tək rəngə sahib olması və təbii rənginə qayıtması üçün kartof maskasından faydalana bilərsiniz.Kartof maskası, dəridə həddindən artıq qurumadan yaranan dəri soyulması və dəri tökülməsi üçün də çox yaxşı bir üz-baxım məhsuludur. Dərinizdə həddindən artıq sebum artımının qarşısını almaq və sebum miqdarını nəzarət və balansda saxlamaq istəyirsinizsə; Bu maskanı sınaya bilərsiniz.
Maskanın ilk istifadəsindən sonra üzünüzün məxmər görünüşü və parıltısını sizi heyran edəcək.
Quru, nəmsiz dərilər üçün istifadəsi daha uyğundur.
Tərkibi
Kartof ekstraktı – Dərinin rəngini gözəçarpacaq dərəcədə ağardır, məsamələri daraldır, nəmləndirir. Sızanaq yaradan bakteriya və mikrobların yayılmasını dayandırır. Dəriyə mütəmadi olaraq tətbiq edildikdə dəridə olan ton balanssızlığını aradan qaldırır.
Hialuron turşusu – Hialuron turşusu dəridə təbii olaraq tapılan və toxumaları yağlı və nəm saxlamağa kömək edən bir maddədir. Bir sözlə, hialuron turşusunu təbii nəmləndirici adlandırmaq olar. Öz ağırlığından min dəfə artıq su tutma qabiliyyətinə malik olan hialuron turşusu dərinin cavan və hamar görünməsinə kömək edir.Dərini nəmləndirir, incə qırışların görünüşünü azaldır və daha hamar görünməsini təmin edir.Yaxşı bir antioksidant olan hialuron turşusu dərini sərbəst radikallardan qoruyur, elastikliyini artırır, yaraların sağalmasını sürətləndirir.
Allantoin – Allantoin hüceyrələrin su tutma qabiliyyətini artırmaq xüsusiyyətinə malikdir. Dərini nəmləndirməkdən fərqli olaraq, suyu dəridə daha uzun müddət saxlayır, beləliklə dərini daha gənc və parlaq edir. Allantoin dəridə yaranan qaşınma, qızartı və qabıqlanma problemlərində çox faydalıdır. Dərini sakitləşdirici və hüceyrə yeniləyici xüsusiyyətləri dərinin səthində qıcıqlanmanın qarşısını alır və qabıqlanma problemlərini aradan qaldırır.
İstifadə qaydası
Parça maskanı təmiz üz dərisinə hamar şəkildə qoyun və 20-30 dəqiqə saxlayın, sonra maskanı çıxarın və qalan məhsulu tamamilə udulana qədər yüngül masaj hərəkətıəri ilə üzünüzə yayın. Maskanı həftədə 1-2 dəfə istifadə etmək tövsiyə olunur.
Xüsusiyyətlər
| Brend | 3W Clinic |
|---|---|
| İstehsalçı ölkə | Cənubi Koreya |
| Məhsulun növü | Parça maska |
| Parça maskanın növü | Nəmləndirici, Parlaqlaşdırıcı, Qidalandırıcı |
| Dəri tipi | Quru |
| Dəri problemi | Aknelər, Səpki, Soyulma |
| Yaş həddi | 20+ |
| Tərkib | Allantoin, Hialuron turşusu, Kartof ekstraktı |
| Tətbiq olunma zamanı | Həftədə 1 dəfə |
| Həcmi (ml) | 23ml |
















2 reviews for Parça maska kartof tərkibli 3W Clinic Fresh Mask Sheet 23ml 12 Types #Potato