media-2500x170-(Məhulun-iç-görüntüsü-destkop)

Parça maska qırmızı jenşen tərkibli 3W Clinic Fresh Mask Sheet 23ml 12 Types #Red Ginseng

4

Parça maska qırmızı jenşen tərkibli 3W Clinic Fresh Mask Sheet 23ml 12 Types #Red Ginseng

Məhsul mövcuddur
4
tamkart6 ay 0.67
birkart6 ay 0.67
Taksit kalkulyatoru
Aylıq ödəniş0
  • icon

    Saytda BirKart ilə 2-6 ay arası taksitli ödəniş

  • icon

    Saytda Tamkart ilə 2-6 ay arası taksitli ödəniş

  • icon

    50 üzəri ünvana pulsuz çatdırılma

  • icon

    Azərpoçt ilə bütün bölgələrə çatdırılma

  • icon

    Çatdırılma zamanı qapıda nağd ödəniş

  • icon

    Saytda bank kartı ilə online ödəniş

  • icon

    Bütün məhsulların orijinallığına 100% zəmanət

  • icon

    Saytda BirKart ilə 2-6 ay arası taksitli ödəniş

  • icon

    Saytda Tamkart ilə 2-6 ay arası taksitli ödəniş

  • icon

    50 üzəri ünvana pulsuz çatdırılma

  • icon

    Azərpoçt ilə bütün bölgələrə çatdırılma

  • icon

    Çatdırılma zamanı qapıda nağd ödəniş

  • icon

    Saytda bank kartı ilə online ödəniş

  • icon

    Bütün məhsulların orijinallığına 100% zəmanət

Özəllikləri

Yumşaq, zərif, təbii pambıqdan hazırlanmış 3W Clinic markasının qırmızı jenşen kökü ekstraktlı parça maskası, dərinin elastikliyini artırır, qırışları hamarlayır, ona təravətli və sağlam görünüş verir. Qırmızı jenşen kökü ekstraktı güclü antioksidantdır, hüceyrələrin qocalma prosesinin qarşısını alır, regenerasiyanı sürətləndirir, maddələr mübadiləsini və ümumilikdə dərinin vəziyyətini yaxşılaşdırır.

Xüsusi emal prosesi ilə əldə olunan jenşen kökü onun bütün faydalı maddələrinin dəri tərəfindən udulmasına imkan verir ki, bu da dərinin bərpasını yaxşılaşdırır və zədələnmiş hüceyrələri bərpa edir. Jenşen epidermal hüceyrələrin bölünməsi prosesini stimullaşdırır, qocalma prosesini əhəmiyyətli dərəcədə azaldır, kollagen sintezinə müsbət təsir göstərir və şişkinliyi azaldır. Bundan əlavə, jenşen ekstraktı detoksifikasiya və antiseptik təsirə malikdir.

Jenşen kökü dərini amin turşuları və B vitaminləri kompleksi ilə doyurur, bunun sayəsində onu ətraf mühitin mənfi təsirlərindən qoruyur və dərin təbəqələrin intensiv qidalanmasını təmin edir, qırışların hamarlanmasına kömək edir və yenilərinin yaranmasının qarşısını alır.

Xüsusilə quru dərilər üçün nəm mənbəyidir, həssas dərilər də rahatlıqla istifadə edə bilər və dərinizin yağ balansını tənzimləməyə kömək edir.

Tərkibi

Qırmızı Jenşen kökü ekstraktı – Uzaq Şərqdə dəriyə qulluqda tez-tez istifadə edilən jenşen ekstraktı dəriyə müsbət təsirləri ilə tanınır.

Jenşen bitkisi dərinizin sağlam görünüş qazanması üçün gücləndirilmiş nəm saxlama qabiliyyətinə malikdir. Onun antioksidan xüsusiyyətləri dərini sıxmağa, incə qırışlardan qurtulmanıza və sizə daha gənc görünüş bəxş etməyə kömək edə bilər.

Jenşen kökü dərinin xarici faktorlara məruz qalması nəticəsində əmələ gələn və dəridə cansız bir görünüş yaradan sərbəst radikallarla da mübarizə aparır.

Tərkibində çoxlu qida maddələri olan jenşen bitkisi dərinizin tonunu bərabərləşdirməyə və sizə parlaq və canlı görünüş bəxş etməyə kömək edəcək.

Jenşen kökləri minerallar və antioksidantlarla zəngindir. Dəri hüceyrələrini metabolizə edir və sağlam dəri yaratmaq üçün ölü dəri hüceyrələrinin aradan qaldırılmasını asanlaşdırır.

Nəhayət, qırmızı jenşen bitkisi sızanaq, ekzema və kobud dəri kimi dəri problemlərinin sağalmasına kömək edir. Jenşen bu baxımdan təsirlidir, çünki dəri tərəfindən çox tez sorulur və dərialtı damarların qan dövranını yaxşılaşdırır. Bütün bu amillər dərinin sağlam və parlaq olmasına kömək edir.

İstifadə qaydası

Parça maskanı təmiz üz dərisinə hamar şəkildə qoyun və 20-30 dəqiqə saxlayın, sonra maskanı çıxarın və qalan məhsulu tamamilə udulana qədər yüngül masaj hərəkətıəri ilə üzünüzə yayın. Maskanı həftədə 1-2 dəfə istifadə etmək tövsiyə olunur.

Xüsusiyyətlər

Brend

3W Clinic

İstehsalçı ölkə

Cənubi Koreya

Məhsulun növü

Parça maska

Parça maskanın növü

Bərpaedici, Qidalandırıcı

Dəri tipi

Quru, Həssas

Dəri problemi

Qırışlanma, Qocalma, Şişkinlik

Yaş həddi

20+

Tərkib

Qırmızı jenşen

Tətbiq olunma zamanı

Həftədə 1 dəfə

Həcmi (ml)

23ml

Ən son baxılanlar